Uhan laboratoriyasından virus sızması barədə məlumatların olduğunu POMPEO BƏYAN ETDİ

Uhan laboratoriyasından virus sızması barədə məlumatların olduğunu POMPEO BƏYAN ETDİ

ABŞ kəşfiyyatı, pandemiya başlamazdan əvvəl Uhanda bir laboratoriyada elm adamlarının xəstələndiyinə və eyni zamanda virusun məhz bu yerdən sızdığına dair "bir çox dəlil" olduğuna dair məlumatlara sahibdir. SİA xəbər verir ki, RİA Novosti Fox News-a istinadən Pompeodan sitat gətirir.

"Əminliklə deyə bilərəm ki, laboratoriya Çin Xalq Qurtuluş Ordusu ilə əlaqəli fəaliyyət göstərirdi. Hərbi inkişaf mülki tədqiqatlarla paralel aparılırdı", deyə Pompeo bildirib.

Mayk Pompeo, Çin institutunun, virusların yoluxucu və ölümcüllüyünün artması ilə əlaqədar araşdırmalar apardığını da iddia edib.

Xatırladaq ki, keçən həftə İngiltərə kəşfiyyatı SARS-CoV-2 koronavirusunun laboratoriyadan sızmasının "mümkün" olduğuna inandığını bıyan edib. İngilis professor Anqus Dalqliş və norveçli viroloq Birqer Sorensen, koronavirus infeksiyasının süni mənşəli olduğuna dair onlarda "dəlillər" olduğunu qeyd ediblər.Onların dediklərinə görə, Çinli elm adamları Uhanda yerləşən bir laboratoriyada SARS-CoV-2 yaradıblar. Daha sonra, Çin mütəxəssisləri, bütün sübutların virusun təbii mənşəli olduğunu isbat etmək üçün müəyyən şəkildə "izlərini örtməyi" üstün tutublar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə