Rusiyanın kiber hücumlarda iştirakına dair ittihamlara PUTİN CAVAB VERDİ
Rusiya tərəfindən ABŞ-a qarşı heç bir zərərli hərəkət olmayıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya dövlət başçısı Vladimir Putin, Rusiyanın kiberhücumlarda iştirakına dair ittihamları şərh edərkən söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl beynəlxalq şirkətə, dünyanın ən böyük ət istehsalçısı “JBS Food”-a edilən və ABŞ-dakı bütün mal əti fabriklərinin müvəqqəti bağlanmasına səbəb olan bir kiberhücum barədə məlumat verilmişdi. ABŞ-ın ən böyük boru kəməri operatoru olan “Colonial Pipeline” də 7 may tarixində kiberhücuma məruz qalıb. FTB daha sonra şirkətin “DarkSide” haker proqramından istifadə edərək hücuma məruz qaldığını bildirib. ABŞ Prezidenti Co Bayden, Federal Təhqiqatlar Bürosuna əsasən, hakerlərin Rusiyada olduğunu, ancaq səlahiyyətlilərin bununla əlaqəli olmadığını söyləyib.
"Ümid edirəm ki, bu, hər şeydən əvvəl düşünməyi bacaran insanların həqiqətən Rusiya tərəfinin heç bir zərərli hərəkət iştirakçısı olmadığını dərk edir", deyə Putin bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB