Erməni ombudsmandan “humanizm” çağırışı...

Erməni ombudsmandan “humanizm” çağırışı...

“...Məhkumlara qarşı hər hansı bir təqib və ya mühakimə beynəlxalq hüququ kobud şəkildə pozmaqdır”. Qeyd edim ki, bunu erməni ombudsman Arman Tatoyanın Azərbaycan hakimiyyəti tərəfindən erməni hərbi əsirlərinə qarşı keçirilmiş mərhələli məhkəmə prosesi ilə bağlı danışarkən deyib.

“Humanist” xalqın “humanist” nümayəndəsi Tatoyanın dediyinə görə, Azərbaycanda hərbi əsir olan Ludvik Mkrtçyan və Aleşi Xosrovyana qarşı keçirilən məhkəmə prosesində guya böyük haqsızlıqlara yol verilib.

Amma, Tatoyan burada elə “əsaslar” gətirir ki, adamda bu “humanist xalq nümayəndəsinə inanmaq olmur”.

Məsələn, o deyir ki, Azərbaycan tərəfi erməni əsirləri onların etdikləri etiraflar əsasında mühakimə edirlər. Erməni ombudsmana görə, əslində bu belə olmamalıdır: “...Axı, burada etirafçının etdiyi etiraflara şahidlik edənlər olmayıb? Deməli, yoxdursa, o qorxudan da yalanlar etiraf edə bilər”.

Əslində, həmişə “erməni qəhrəmanlığından” danışan Tatoyanın burada ermənilərlə “qorxu” məfhumunu eyniləşdirməsi “qəribə görünür”.

Terrorçu, hər cür cinayətə qadir erməni əsirlərinin Azərbaycan tərəfindən “qanunsuz saxlanıldıqlarını” bildirən Tatoyana adam burada ombudsmandan başqa nə ad versə yarıyar. O, hətta utanmadan, Azərbaycanda saxlanılan terrorçu erməni əsirlərinin saxlama şəraitinin Cenevrə Konvensiyasının tələblərinə cavab vermədiyini də dilə gətirir.

Tatoyanın dediyindən belə başa düşülür ki, Azərbaycanda saxlanılan erməni hərbi əsirləri “qu tükündən hazırlanmış yataq dəstində” bəslənilməlidir.

Bu yerdə erməni ombudsmana əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Azərbaycan Dövlət Komissiyasında olan bəzi materialları təqdim etmək istərdim. Tatoyan çətin ki, etiraf edə, amma bütün bunlar faktdır ki, Ermənistan tərəfi həmişə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı soyqırım siyasətini məqsədli şəkildə həyata keçirib. Tatoyan əgər, doğrudan da “humanist” bir ermənidirsə, əslində mən buna şübhə edirəm, onda o yüzlərlə Azərbaycan vətəndaşını, o cümlədən uşaq, qadın və qocaların erməni əsir və girovluğunda saxlanılarkən dözülməz işgəncələrin qurbanı olduqlarını etiraf etməlidir.

Bu gün “humanistlikdən” dəm vuran erməni ombudsmana xatırladaq ki, məhz erməni vəhşilərinin girov və əsirlərə müxtəlif dəhşətli işgəncələr verməsini, onların sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basmasını, dırnaq və dişlərini çıxarmasını, yaralarına duz basmasını, ölənə qədər rezin və dəmir dəyənəklərlə döymələrini, damarlarına benzin yeritmələrini sübut edən faktlar var...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə