Nüvə stansiyası bu ərazidə qurulacaq

Nüvə stansiyası bu ərazidə qurulacaq

Bill Gates və Warren Buffetin gələcək nəsil nüvə stansiyasını inşa edəcəyi yer müəyyənləşib. SİA-nın verdiyi məlumata görə, ikili, istifadə olunmayan kömür ərazisini seçib.15 il əvvəl Bill Gates tərəfindən qurulan "TerraPower" və Warren Buffetə məxsus "PacifiCorp", bu yaxınlarda yeni nəsil nüvə stansiyaları üçün güclərini birləşdirib. Təmiz və daha səmərəli enerji istehsal etmək istəyən bu iki şirkət, adi reaktorlardan fərqli yanacaqlarla işləyən kiçik və inkişaf etmiş stansiyalar inşa etməyi hədəfləyirlər.

Adi reaktorlarla müqayisədə daha təmiz enerji təmin edəcək bu stansiyalar karbonsuz enerji təmin edən kritik bir texnologiya sayılır. Mövzu ilə əlaqəli müsahibə verən Wyoming Qubernatoru Mark Gordon “Bu, karbon neytral enerjiyə çatma yolunda ən sürətli və ən dəqiq yolumuzdur. Nüvə enerjisi açıq şəkildə ən səmərəli və təmiz metodlardan biridir” deyə bildirib.

“TerraPower”ın prezidenti və baş direktoru Chris Levesque bir müddət əvvəl verdiyi açıqlamada isə inşaat müddətinin təxminən 7 il olduğunu söyləyib.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə