Barak Obama Avropaya səfərini başa çatdırır. SİA-nın məlumatına görə, dövlət başçısı İrlandiya, İngiltərə və Fransadan sonra Polşaya gedib.
Obama Polşanın paytaxtı Varşavada konfransda iştirak edəcək. Konfransda Orta və Şərqi Avropa ölkələrindən 20-yə qədər liderin iştirak edəcəyi bildirilib. Səfər çərçivəsində dövlət başçıları bölgədəki demokratik inkişafla bağlı bir sıra məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, bu gün səhər saatlarında Barak Obama Polşa prezidenti Bronislav Komorovski və Polşanın baş naziri Donald Tusk ilə görüşəcək. Görüşdə NATO-nun nüvə silahı layihəsinin və iqtisadi əməkdaşlıq mövzularının müzakirəsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB