\"Muammər Qəddafinin vəzifəsini təhvil verməsinin vaxtı çatıb\". SİA-nın məlumatına görə, bu sözləri Rusiya prezidenti Dimitri Medvedev açıqlaması zamanı deyib.
Fransanın Deauville şəhərində keçirilən G-8 zirvə görüşündən sonra mətbuat konfransında çıxış edən dövlət başçısı məsələ ilə bağlı Benqazi şəhərinə nümayəndə göndəriləcəyini bildirib: \"Artıq Liviyadakı vəziyyətin sabitləşməsi üçün ciddi addımlar atılmalıdır. İlk növbədə, Muammər Qəddafi vəzifəsini təhvil verməlidir. Biz bu məsələnin tez bir zamanda həll olunması üçün Mixail Marqelov adlı nümayəndəmizi Benqazi şəhərinə göndərməyi planlaşdırmışıq. Nümayəndəmiz Liviya liderinin vəzifəsini tərk etməsi istiqamətində bir sıra danışıqlar aparacaq. Rusiya Liviyadakı iqtidar-müxalifət qarşıdurmalarına son verilməsi üçün hər cür yardıma hazırdır. Marqelov Benqazidə hər iki tərəfin nümayəndələri ilə görüşüb vəziyyəti tez bir zamanda həll etməyə çalışacaq\".
Qeyd edək ki, Medvedev çıxışının sonunda Rusiyanın Liviyanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasından yana olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB