Rusiyada sərnişin təyyarəsi məcburi qəza enişi edib

Rusiyada sərnişin təyyarəsi məcburi qəza enişi edib

Rusiyada “Avrora” aviaşirkətinə məxsus sərnişin təyyarəsində Cənubi Saxalin bölgəsindən şimala – Oka şəhərinə uçarkən texniki nasazlıq yaranıb. SİA xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hidrosistemdə yaranan problem səbəbindən təyyarə məcburi eniş edib.

Təyyarədə 34 sərnişin olub. İlkin məlumatlara görə, zərərçəkən olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə