Qırğızıstanın Tacikistanla sərhəddəki hərbi bölmələri gücləndirilmiş rejimə keçiblər

Qırğızıstanın Tacikistanla sərhəddə yerləşən Sərhəd Xidmətinin bölmələri gücləndirilmiş xidmət rejiminə keçiblər.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidmətindən bildiriblər.

Məlumata əsasən, Sərhəd Xidmətinin bölmələrinin gücləndirilmiş xidmət rejiminə keçməsi dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində yaranan gərginliklə əlaqəlidir.

Xatırladaq ki, aprel və may aylarında iki dövlətin hərbi heyətləri arasında sərhəddə silahlı qarşıdurmalar yaşaşıb və nəticədə hər iki tərəfdən onlarla insan ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə