İndoneziya sahillərində, Molukka dənizində 6.1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 10.09-da qeydə alınıb. Zəlzələnin episentri Şimali Maluku vilayətinin Ternate şəhərindən 127 kilometr cənub-qərbdə yerləşib. Bildirilir ki, zəlzələnin ocağı 31,2 kilometr dərinlikdə olub.
İtkilər və dağıntılar barədə məlumat verilmir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB