Parkdan qaçan 15 filin aqibəti - NECƏ OLDU?

Parkdan qaçan 15 filin aqibəti - NECƏ OLDU?

Çində parkdan qaçan 15 fil qalmaqala səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qarğıdalı tarlalarındakı məhsulu yeyərək 500 kilometr yol qət edən və 560 hektar ərazini zədələyən fillər, 7 milyon əhalisi olan Kunming şəhərinə yaxınlaşıb.

Səlahiyyətlilər, yolların bağlandığını və fillərin sıx məskunlaşmış şəhərlərə girməsinin qarşısını almaq üçün baryerlərin qurulduğunu elan etdilər.

Çin dövlət televiziyası CCTV-də fillərin verdiyi zərərin dəyərinin təxminən, 1,1 milyon dollar olduğunu açıqladı.

Qeyd edək ki, sürünün təbii qoruğu tərk etməsinin səbəbləri hələ məlum deyil.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə