ABŞ-da yerləşən "Twitter" sosial şəbəkə tətbiqi, Nigeriya prezidenti Məhəmməd Buharinin üsyançılara qarşı “soyqırımı” təhdid etdiyi şikayətlərindən sonra rəsmi hesabını dayandırdığını açıqlayıb. SİA-nın xarici mətbuata istindən verdiyi məlumata görə, açıqlamada, Buharinin ölkədəki üsyançılara qarşı yazısının şirkətin qaydaları pozduğu və hesabının 12 saat müddətinə bağlı olacağı qeyd edilib.
"Twitter"ə cavab Nigeriyanın naziri Lai Məhəmməddən gəlib. "Twitter"in qaydalarının universal olmadığını qeyd edən Məhəmməd bunları deyib: "Prezident bir vəziyyətdən narahatdırsa, onu səsləndirmək azadlığına sahibdir".
Buhari, dünən ölkənin cənub-şərqindəki ictimai binalara hücum edən gənc üsyançıları xatırladıb: "30 ay boyunca sahələrdə vuruşduq, onlara başa düşdükləri dildə davranacağıq". O, bunları paylaşaraq, vətəndaş müharibəsinə səbəb olan münaqişəni yada salıb.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB