Türkiyənin İstanbul şəhərində işlədiyi tekstil sexində fasilə vaxtı dostları ilə birlikdə pəncərənin yanında çay içən gənc qız ehtiyyatsızlıq nəticəsində 2-ci mərtəbədən yerə yıxılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə iş yerinin təhlükəsizlik kameralarına anbaan əks olunub.
Hadisə Türkiyənin Arnavutköy kəndində baş verib. Arnavutköy Fatih prospektindəki bir tekstil emalatxanasında işləyən 16 yaşlı qızın, yoldaşları ilə fasilə vaxtı emalatxananın pəncərələrindən birinin yanında çay içdiyi zaman baş verdiyi iddia edilib. İş yoldaşları binanın ikinci mərtəbəsindəki emalatxanadan yıxılan gənc qızın köməyinə qaçıblar.
Hadisə yerinə çağırılan təcili yardım maşını xəsarət alan gənc qızı Arnavutköy Dövlət Xəstəxanasına aparıb. Belindən xəsarət alan gənc qızın vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB