Türkiyənin Ağrı şəhərində yaşayan balaca Ayfer bacısı ilə hamama su ilə oynamağa girən zaman ehtiyyatsızlıq edərək qaynar su ilə dolu olan vannaya yıxılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, yanıq xəsarətləri alıb.
4 yaşlı Ayferin valideyinləri dərhal təcili yardım çağırıb. Üzündə 2-ci dərəcəli yanıq xəsarətləri olan Ayfer Ərzurum Şəhər Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib. Balaca qızın valideynləri müalicənin davam etdiyini bildirib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB