Türkiyənin Vanın Gürpınar əyalətində, Erek dağının ətəklərində 2500 m yüksəklikdə yerləşən “Keşiş Gölü”, ətrafında rəngarəng çiçəklər açan yaşıllığa və təmiz havası olan təbiətə malikdir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu göl e.ə 685-645-ci illərdə hökm sürən II Urartu kralı Rusanın dövründə Erek dağının ətəyindəki çay vadisini bağlayaraq əmələ gələrək, gözəl təbiəti ilə turistlərin diqqətini çəkib.
Tur operatoru Hakim Acar, havaların istiləşməsi səbəbi ilə bölgəyə səyahət təşkil etmək üçün böyük bir təklif aldıqlarını və bölgəyə 125 nəfərlik qrupla gəldiklərini söyləyib.
Keşiş gölünün Van ilə Gürpınar arasında təbii bir möcüzə olduğunu ifadə edən Hakim Acar bildirib ki, bu, bölgəyə təşkil etdiyimiz üçüncü turdur: "Təbiət həvəskarları ilə gəzintiyə çıxdıq və müxtəlif oyunlar oynayaraq əyləndik. Pandemiyadan sonra insanların tətil və səyahət vərdişləri dəyişib. İnsanlar təbiət turlarını çox sevir və onları qaydalara uyğun olaraq təbiət qoynunda vaxt keçirə biləcəkləri ərazilərə gətirdik".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB