"Rəqəmsal İnsan" filmdə rol alacaq

"Rəqəmsal İnsan" filmdə rol alacaq

“MinT” Dizayn Mərkəzinin proyekti ilə Türkiyənin ilk rəqəmsal oyunçusu Aypera həm sərgidə, həm də sosial mediada böyük marağa səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əvvəlki günlərdə Aypera ilə birlikdə "Rəqəmsal İnsan" filmini çəkəcəklərini açıqlayan prodüser və ssenarist Birol Güven, Ayperanı asan başa düşülməsi baxımından “e-insan” olaraq təyin etdiyini bildirib.

Ayperanın rəqəmsal bir insan olaraq "e-hökumət", "e-kitab" kimi bir şey olduğunu dilə gətirən Güven, "Aypera ilə insan arasındakı yeganə fərq, onun insan tərəfindən dizayn edilmiş bir şey olmasıdır. Başqa sözlə Ayperanın insansız hava vasitəsindən fərqi yoxdur. Aypera, nazirliyin dəstəyi ilə bir dizayn mərkəzində dizayn edilmiş və əsas hədəfimiz ixrac etməkdir"-deyib.

Qeyd edək ki, Aypera 1-6 iyun tarixləri arasında Contempororary İstanbulun Plugin bölməsində görünəcək.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə