NASA Veneraya tədqiqat üçün iki missiya göndərmək niyyətindədir

NASA Veneraya tədqiqat üçün iki missiya göndərmək niyyətindədir

ABŞ Milli aviasiya və kosmik idarəsi (NASA) Venerada tədqiqat aparmaq üçün iki missiya göndərmək niyyətindədir.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında deyilir.

"NASA Veneraya - Yerin ən yaxın qonşu planetinə iki yeni missiya təyin edib. Missiyanın məqsədi planetimizin xüsusiyyətlərinə bənzər bir çox [fiziki] xüsusiyyətə sahib olarkən Veneranın cəhənnəmə bənzər dünyaya çevrildiyini anlamaqdır", - m\lumatda deyilir.

Missiyaların 2028-2030-cu illərdə göndəriləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə