Daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib

Daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

SİA şəhidin qardaşına istinadən xəbər verir ki, Göygöl rayon SAKİNİ - 1999-cu il təvəllüdlü MAHHXQ Verdiyev Eldəniz Rabil oğlunun Murovdağ istiqamətində nəşi tapılıb.

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Verdiyev Eldəniz Rabil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə