ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi (NASA) tərəfindən Marsa göndərilən kosmik robot, 18 Fevralda Jezero Kraterinə enib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, robot qırmızı planetdə 100 günü geridə qoyub. NASA robotun göndərdiyi maraqlı fotoları yayımlayıb.
Qeyd edək ki, robotun qırmızı planetdə qalması planlaşdırılır. Planetin iqlimi və geoloji quruluşunun keçmişinə dair məlumatları araşdıran robot marsdan bir çox təəccüblü görüntülər də göndərib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB