Londonda tikilən şəffaf hovuz, havalar isindikcə ziyarətçilərini qarşılamağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu hovuza girmək bir az cəsarət tələb edir.
İngiltərənin paytaxtı Londonun cənubundakı Nine Elms bölgəsində yerləşən “Embassy Garden” tikililəri üçün bir ilk yaşanıb. Tikilinin 10-cu mərtəbəsində dünyanın ilk şəffaf göy hovuzu inşa edilib.
Mayın 19-da istifadəyə verilən hovuz yerdən təxminən 35 metr yüksəklikdədir. Uzunluğu 25, eni 5 və dərinliyi isə 3 metrdir. 400 ton su ilə doldurulmuş hovuzda üzmək də bir az cəsarət tələb edir.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB