ABŞ-ın Avropadakı nüvə silahlarına dair məlumatlar sızdırıldı

ABŞ-ın Avropadakı nüvə silahlarına dair məlumatlar sızdırıldı

Pentaqonun mətbuat katibi Con Kirbi Amerikanın Avropadakı taktiki nüvə silahlarına dair bir məlumat sızması iddiaları ilə əlaqədar bir araşdırma aparıldığını söyləyib.

“Bellingcat” internet portalı ABŞ-ın nüvə silahlarını qoruyan Avropadakı hərbçilərin gizli məlumatları ehtiva edən kartlarla bir təlim tətbiqetməsindən istifadə etdiyini yazıb. Onlara girişin məhdud olmadığını qeyd edən “Bellingcat” iddia edir ki, internet vasitəsilə bazalarda müşahidə kameralarının yerinə aid məlumat olan təlim kartlarına baxıla bilər.

TASS xəbər verir ki, Pentaqon nümayəndəsi ABŞ Hərbi Hava Qüvvələrinin "tətbiq proqramı kartları vasitəsilə mübadilə olunan məlumatların ictimaiyyətə açıq olub-olmadığını araşdırdığı" deyib.

“Bütün Amerika silahları qorunur və təhlükəsizdir" Kibri deyib və Vaşinqtonun "nüvə başlıqlarının müəyyən bir yerdə olmasını və ya olmamasını nə təsdiqlədiyini, nə də inkar etdiyini" qeyd edib.

Xatırladaq ki, ABŞ-ın taktiki nüvə silahları Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədəki bazalarda yerləşir. ABŞ qeyri-hökumət mütəxəssislərinin tədqiqatlarına görə, söhbət 150 ədəd B61 bombasından gedir. Amerika Alimləri Federasiyası ABŞ-ın son illərdə Avropadakı taktiki nüvə silahlarının sayını əhəmiyyətli dərəcədə azaltdığını bildirib. Bəlkə də dəyişikliklər bombaların modernləşdirilməsi ilə əlaqədardır. Ancaq amerikalı mütəxəssislər arsenalın azaldılmasının səbəbinin yalnız bu olmadığını düşünürlər. Onlar bombaların daha az sayda yenilənmiş versiyalarla (B61-12) əvəz olunduğunu deyirlər. Bundan əlavə, alimlər silahların çoxunun 2016-cı ildəki çevriliş cəhdindən sonra Ankara ilə münasibətlərinin pisləşməsi fonunda Türkiyənin İncirlik bazasından çıxarıldığını iddia etdiklərini, bunun açıq şəkildə bildirilmədiyini qeyd ediblər.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə