İran hərbi gəmisi - BATDI

İran donanmasının hərbi gəmisi Umman Körfəzində batıb. Heyətin son anda sağ qaldığı bildirilib.
İranın ən böyük donanma gəmilərindən biri olan "Hark" hərbi gəmisi, Umman Körfəzindəki bir limanda yanğından sonra batıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, heyət üzvləri təhlükəsiz yerə köçürülüb.

Fars xəbər agentliyi belə məlumat verib: "Gəmini xilas etmək üçün bütün səylər uğursuz oldu və gəmi batdı".

Yanğının baş vermə səbəbi isə hələ məlum deyil.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə