ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Türkiyədə 2-4 iyun tarixlərində Suriyaya sərhədyanı yardım mexanizminin uzadılması perspektivlərini müzakirə edəcək.
SİA-nın məlumatına görə, bu barədə BMT-nin Amerika missiyası bildirib.
Məlumatda qeyd olunub: "Səfir ABŞ-Türkiyə münasibətlərinin möhkəmləndirilməsini müzakirə etmək üçün Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşəcəkdir; qlobal problemlərin həlli üçün NATO müttəfiqlərimizlə işləmək; qaçqın böhranı da daxil olmaqla Suriya mövzusunda əməkdaşlığın yaxşılaşdırılması, habelə sərhədyanı yardımın göstərilməsində və Suriyalı qaçqınlara kömək edilməsində Türkiyənin vacib rolu məsələləri müzakirə olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB