Amerikalı Maun Geter, xalq dilində “filantiyaz” xəstəliyi olaraq bilinən “lenfödema” xəstəliyinə sahibdir. Bu xəstəlik səbəbindən 135 kiloqram ağırlığında olan gənc qadının sol ayağı 45 kiloqramdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Maun Geter illərdir fil xəstəliyi ilə mübarizə apararkən, ətrafdakı insanların amansız tənqidlərinə də məruz qalıb. Ancaq təslim olmur, fərqlilikləri ilə başqalarına ilham vermək istəyir və uşaq ikən çəkdiyi zorakılığı, özünə inamına xələl gətirən cahil şərhləri və onun haqqında edilən bütün tənqidləri kənara qoyaraq bir model olmağa qərar verir. “Uşaq ikən heç vaxt özümü yaraşıqlı hiss etmirdim, Tanrının mənə lənət etdiyini düşünürdüm. Özümü çirkin və qəribə hiss edirdim və gizlincə dəfələrlə ağlayırdım, amma mənim başqa seçimim yoxdur" deyərək Maun tədricən onlara məhəl qoymamağı öyrənir. İndi həm fiziki, həm də mənəvi cəhətdən özünü daha yaxşı hiss edir. İnternet trollarını görməməzlikdən gəlir, fotosessiyaları ilə sosial mediada daha da güclənir və əlilliyini milyonlarla insana qürurla göstərir.
Ziya Yaqubzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB