“Ankara türk varlığını Ermənistan ərazisindən keçirə bilməz...”

“Ankara türk varlığını Ermənistan ərazisindən keçirə bilməz...”

Yəni, doğrudanmı, bu ermənilər arasında bir ağıllısı, qonşu dövlətlərin elə onların özlərinə də xeyir verəcək işlərini təqdir edəcək birisi yoxdur? Deyim ki, onların “öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz”ın biri olduqları barədə artıq dünyanın əksər dövlətləri məlumatlıdırlar. Amma neyləyəsən ki, “...ilan dərisini dəyişsə də, amma xasiyyətini dəyişmir”.

...“Türkiyənin Ermənistan dövlətçiliyini məhv etmək proqramı açıq şəkildə qüvvədə qalır. Sərhəd bölgələrimizdə baş verən son hadisələr bunun əyani təsdiqidir”. Qeyd edək ki, bu fikirləri erməni saytlarından birinə erməni alim Ruben Safrastyan bildirib.

Beləliklə, “alim” ağlı ancaq xainlik, gözügötürməzliklə yoğrulmuş erməni Safrastyan bu günlərdə “tədqiqat aparıb” və bu tədqiqatın nəticələri göstərib ki, bu yaxınlarda türklər ermənilərin Sünik istiqamətində növbəti “zərbə endirəcəklər”. Guya Ankara bu “zərbə”ni həyata keçirməklə, Türkiyəni Naxçıvan vasitəsilə Azərbaycanla birləşdirəcək: “...və bununla da, bundan sonra türklər hərbi texnika və döyüş sursatlarını Azərbaycana maneəsiz və tez bir zamanda daşıya biləcəklər”.

Qeyd edim ki, əksər ermənilər kimi, “alim” Safrastyanın da ağlında ancaq bir şey var: Naxçıvanla Azərbaycan arasında açılacaq dəhlizdən yalnız “hərbi texnika və döyüş sursatları” daşınması...

Sən demə, bu “erməni bölgəsində” Ankaranın xeyrinə kəskin geopolitik dəyişikliklər üçün geniş imkanlar yaradacaq ki, bu da İrəvanı qane etmirmiş. Bu, hələ harasıymış? Safrastyanın dediyinə görə, Ankara Cənubi Qafqazda hərbi varlığını genişləndirmək üçün Azərbaycandan fəal şəkildə istifadə edir. “Alimə” görə, Ankara Türk varlığının olduğu bütün bölgələrdə öz hərbi bazalarını yerləşdirmək istəyir. Yaranmış mövcud geosiyasi vəziyyəti Ermənistan üçün çox təhlükəli hesab edən Safrastyan, təəssüflənir ki, İrəvan bu günə qədər Ankaranın bu proqramlarının qarşısını almaq üçün ona “xox” gəlməyib. Necə deyərlər, “yiyən ölsün, ay...”.

Maraqlıdır ki, xain, xoflu ermənilərin ağıllarında başqa şey yoxdur. Onlar Naxçıvanla Azərbaycan arasında açılacaq dəhlizin ilk növbədə iqtisadi əməkdaşlıq nəticəsində həyata keçirilə biləcəyini yaxşı başa düşürlər. Onu da bildirək ki, bu gün çox acınacaqlı vəziyyətdə olan Ermənistan iqtisadiyyatı bu dəhlizin açılmasından böyük mənfəət əldə edə bilərlər. Yəni düşünürsünüz ki, ermənilər bunu qanmır... Əlbəttə, ermənilərin çoxu bunu yaxşı anlayırlar.

Amma, neyləyəsən ki, erməni xisləti, erməni xainliyi bunları etiraf etməyə onlara imkan vermir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə