Arazdəyən də Bakının nəzarətinə keçir - İDDİA

Arazdəyən də Bakının nəzarətinə keçir - İDDİA

Kərkidən sonra Ermənistan tərəfi strateji əhəmiyyət kəsb edən Arazdəyən (ermənilər “Yerasxavan” deyir) kəndini də Azərbaycanın nəzarətinə verəcək. SİA xəbər verir ki, bu barədə “İcmal” verilişinin efirində erməni hərbi ekspert Artur Yegiazaryan bildirib.

“Hazırda Kərkinin Bakının nəzarətinə verilməsi üzrə işlərin görüldüyü bildirilir. Bundan sonra isə Yerasxavan (Arazdəyən) kəndi Azərbaycana təhvil veriləcəkdir. Qeyd edim ki, bu kənd Azərbaycan üçün strateji coğrafi əhəmiyyətə malikdir. Azərbaycanın əsas istəyi bu torpaqlarda azərbaycanlıların yaşamasıdır”, - deyə erməni ekspert bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə