Qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb

Qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb

Bu gün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Dezful Hərbi Hava bazasında İran ordusuna məxsus “Northrop F 5” qırıcı təyyarəsi qəzaya uğrayıb. Bu barədə SİA İran KİV-lərinə istinadən məlumat verir.

Məlumata görə, qəza nəticəsində təyyarənin hər iki pilotu ölüb.

Dezful Hərbi Hava bazası İranın çevik reaksiya bazasıdır.

Qeyd edək ki, hələlik hadisə ilə əlaqədar rəsmi açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə