ABŞ-dan olan molekulyar virologiya və mikrobiologiya professoru Peter Hotez, “covid-26” və “covid-32” haqqında xəbərdarlıq edib. SİA xəbər verir ki, məşhur professorun rəsmi məlumatlarına görə, 3,5 milyondan çox insanın ölümünə səbəb olan yeni növ koronavirus “covid-19” epidemiyası barədə verdiyi açıqlaması dünyanı heyrətə gətirib.
"covid-26” və “covid-32” gözlənilir…
Baylor Tibb Fakültəsinin molekulyar virusologiya və mikrobiologiya professoru Peter Hotez fikirlərini belə ifadə edib: “Tanınmış xəstəlik mütəxəssisi, xalq sağlamlığının gələcəkdə yenidən təhlükələrlə üzləşəcəyini söyləyərək koronavirusun mənşəyi ilə bağlı "tam araşdırma" aparmağa çağırıb. "covid-19”, “covid-26” və “covid-32” virusunun mənşəyini tam araşdırmadığımız təqdirdə yenidən ortaya çıxacaq”.
Gələcəkdə pandemiyanın qarşısını almaq üçün əsas şərtlər…
Bazar günü NBC televiziyasının "Press The Press" verilişinin qonağı olan Hotez sözlərinə belə davam edib: “Virusun mənşəyi barədə qəti nəticələrə gəlməyin, bu gələcək pandemiyaların qarşısını almaq üçün vacibdir”.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB