Əfqanıstanın şimalında polis binasının yaxınlığında avtomobil partladılıb

Əfqanıstanın şimalında polis binasının yaxınlığında avtomobil partladılıb

Əfqanıstanın şimalındakı Bağlan əyalətində polis binasının yaxınlığında avtomobil partladılıb.

SİA yerli mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində üç polis ölüb, 4 nəfər yaralanıb.

Məlumata görə, avtomobildə olan partlayıcı qurğu yerli vaxtla 18:30-da işə salınıb. Partlayışdan sonra polis əməkdaşları ilə naməlum silahlılar arasında atışma baş verib.

Qəza nəticəsində mülki obyektlərə ziyan dəyib. Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə