Yaponiya Aya robot göndərəcək - FOTO

Yaponiya Aya robot göndərəcək - FOTO

Yaponiya Kosmik Kəşfiyyat Agentliyi (JAXA) Ay səthini hərtərəfli öyrənmək üçün bir formadan digərinə dəyişən kiçik bir robot göndərəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yaponiya Kosmik Kəşfiyyat Agentliyi (JAXA), Sony, Doşişa Universiteti və oyuncaq istehsalçısı Tomi ilə əməkdaşlıq edərək 2029-cu ildə Aya gedəcək heyət üçün məlumat toplayacaq top şəklində bir robot hazırlayır.

250 qramlıq robot özəl robot şirkəti "Ispace"ə öz texnologiyasını Yaponiyanın Ay səyahətinə gətirməyə kömək edəcəkdir. Səthə enən kimi tam ölçüdə genişlənəcək robot, Ayın səthinin şəkillərini çəkəcək. Robot üçün işlərin 2016-cı ildə başladığı, lakin 2019-cu ildə Sony və 2021-ci ildə Doşişanın iştirakı ilə prosesin sürətləndiyi bildirilib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə