Çinin kosmik yük gəmisi - ORBİTƏ YERLƏŞDİRİLİB

Çinin kosmik yük gəmisi - ORBİTƏ YERLƏŞDİRİLİB

Çinin kosmik yük gəmisi Tiencou-2-nin (Skyship-2) müvəffəqiyyətlə orbitə yerləşdirildiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çin Milli Kosmik İdarəsi, “Tiencou-2”-nin cənub Hainan əyalətindəki Vinchang Başlatma Mərkəzindən buraxıldıqdan 8 saat sonra müvəffəqiyyətlə orbitə yerləşdirildiyini açıqlayıb.

Gəminin yanacaq və tədarükü həyata keçirmək üçün Tianhe əsas moduluna bərkidildiyi qeyd edilib. Çin kosmik stansiyanın tikintisini başa çatdırmaq üçün 2022-ci ilin sonuna qədər daha 11 buraxılışa başlamağı planlaşdırıb.

Yük gəmisinin qalxma çəkisinin 13,5 ton olduğu və 6,8 ton yük daşıya biləcəyi açıqlanıb. Çinin kosmik yük gəmisi Changching-7Y3 (Long March) raketi ilə buraxılıb. “Tiencou-2” missiyasının Pekin rəhbərliyinin kosmik tədqiqatlarına böyük töhfə verəcəyi bildirilib.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə