Fransanın paytaxtı Parisdə toplanan həkimlər və səhiyyə işçiləri, sağlamlıq problemlərinin nəzərə alınmamağı səbəbi ilə hökumətə etiraz ediblər. Aktivistlər “Sağlamlıq maddiyyatdan əvvəl gəlir” şüarını səsləndiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransanın paytaxtı Parisdə yüzlərlə həkim və səhiyyə işçisi, səhiyyə xidmətlərinə lazımi əhəmiyyət verilmədiyi və səhiyyə sahəsindəki problemlərin nəzərə alınmadığı səbəbi ilə hökumətə qarşı etiraz etmək üçün küçələrə çıxıblar.
Aktivistlər, ölkədə illərdir həyata keçirilən sağlamlıq siyasətlərinin əhalinin sağlamlıq ehtiyaclarına deyil, hökumətin səhiyyə xidmətləri üçün "qənaət siyasətinə" əsaslandığını ifadə edərək, koronavirus epidemiyasının daha güclü olmanın vacibliyinə diqqət çəkdiyini söyləyib. Nümayişçilər sağlamlığın bir dəyəri varsa, bunun birinci yerə gəlməsi lazım olduğunu müdafiə edərək, "Maddiyyatdan əvvəl sağlamlıq gəlir" şüarları səsləndiriblər.
Baxıcı və tibb bacılarının lazımi qoruyucu vasitələrlə təmin olunmadığını və çətin şərtlərdə çalışdıqlarını söyləyən nümayişçilər, hökuməti iş şəraitini yaxşılaşdırmağa çağırıblar.
Xəstəxanalardakı iş şəraitinin və yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edən etirazçılar, hökumətin koronavirus epidemiyası ilə mübarizədə müvəffəq olmadığını söyləyiblər.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB