“İki ac pişik balası və KTMT loqolu zibil qutuları...”

“İki ac pişik balası və KTMT loqolu zibil qutuları...”

...Beləliklə, bütün ehtimallara görə, hadisənin Ermənistanda yaşandığı başa düşülür. Görünən budur ki, yaşlı bir erməni qadını, ondan yemək uman iki pişiyindən başını gizlətməklə, sanki onlara “özüm nə yemişəm ki, sizə də nə verəm” demək istəyir.

“Əli qurusun” bu şəkili çəkənin. Çox təsirli şəkil çəkib. Baxanda, adamın lap ürəyi ağrayır...

...Bunlar da başlayıblar ki, bu vəziyyətdə hazırkı hökumətin xilas olmaq üçün yeganə çıxış yolu var, erməni təxəyyülü ilə desək, bu yol KTMT-dən “imtina edib” NATO-ilə hərbi-siyasi əməkdaşlıq vektorunu nəzərdən keçirmək. Nə gözəl təklifdir...

Sən demə, NATO neçə müddətmiş elə Ermənistan, onun tülək ordusunun həsrətlisiymiş. Ermənilərin dediyindən belə başa düşülür ki, NATO-nu bundan sonra da “hörmətə” mindirə bilsə, ancaq erməni ordusu hörmətə mindirə biləcək.

...Amma, həsrətlə yaşlı qadına baxıb yemək uman pişiklərin görüntüsü də ürəkağrıdıcıdır. Adamın əlinə baxan, dilsiz-ağızsız heyvanlar elə bil “dal açıb” qadından onlara yemək vermələrini diləyirlər.

...Bunlar da başlayıblar ki, əgər sabah “Ermənistan NATO-ya daxil olmaq üçün məsələ qaldırsa”, bu, şübhəsiz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında böyük “çaxnaşmaya” səbəb olacaq. Təbii ki, bu da “gözləniləndir”. Bundan əlavə, bu, KTMT-nin nəinki nüfuzuna, həm də hərbi gücünə “təsirsiz” ötüşə bilməz.

Əslində, burada günahkar kimi, KTMT özünü görməlidir. Niyə bu qurum gəlib “Ermənistanın suveren ərazisinə” daxil olan Azərbaycan əsgərlərini geri qaytarmadı? Hətta onlar işi o yerə çatdırdılar ki, mədəni ermənilər “tarixlərində olmayan mədəniyyətsizlik” göstərib, KTMT loqosunu zibil qutularına yapışdırdılar. “Biz “böyük bir xalq” olaraq, saxta təvazökarlıq və siyasi düzgünlüyü kənara qoyub etiraf etməliyik ki, bu gün biz ermənilər üçün bu dəyərsiz təşkilatın loqosunun məxsus olduğu yer ancaq zibil qutularıdır”.

...Yenə də şəkildəki həmən o ac erməni qadının şəkili gözümün önünə gəlir. Yenə də, şəkili çəkib yayımladığı üçün fotoqrafın qarasınca bir xeyli deyinirəm...

...Ermənilər isə yenə də KTMT-nin ünvanına “döşəyirlər”. Bu dəfə deyirlər ki, KTMT, heç olmasa ermənilərə, diplomatik yardım göstərəydi. Amma, bu dəfə təşkilatı Putin rejiminin ölü doğulmuş məhsulu kimi təqdim edərək, burada təmsil olunan qırğız, tacik daha nə bilim qazax və belaruslardan rəğbət və yardım gözləməyi mənasız sayırlar.

...Deməli, belə başa düşülür ki, İrəvan küçələrində neçə müddətdən bəri, KTMT loqosu yapışdırılmış zibil qutuları da şəhərə xüsusi yaraşıq verirmiş. Bu da ermənilərin “gözəl təşəbbüsü kimi dəyərləndirilməlidir”...

Yeri gəlmişkən, bayaq erməni saytlarının birində, ölkədə keçiriləcək seçki ilə bağlı İrəvan küçələrini bəzəyən deputatlığa namizədlərin asılmış şəkilləri ilə bağlı yazıyla rastlaşdım. Yazı müəllifi soruşur: vicudları geyindikləri kostyumdan qat-qat ucuz olan bu bazburtlular, görən, ac-yalavac gün keçirən milləti barədə məlumatlıdırlarmı? Təbii ki, yaxşı məlumatlıdırlar. Bunu erməni yazar da etraf edir.

Amma burada maraqlı nüans bilirsiniz nədir... erməni başbilənlərinin pişikləri ilə birgə açlıq “çəkən” erməni qadınını belə nəzərə alıb, onun üçün qonşu küçədə zibil qutusu qoydurması. Belə ki, bu qadın özü yeyib və pişiklərini də doyuzdurandan sonra istifayə yararsız malları həmin, KTMT-nin loqosu yapışdırılmış qutuya atacaq...

...Bu dəfə şəkilə baxanda, nədənsə, adamın inanmağı gəlmir axı...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə