"TikTok" çəkmək üçün az qala canından olurdu - ŞOK

İstanbulun Zeytinburnu şəhərində bir gənc "Tiktok" videosu çəkdirdiyi velosipedlə üst keçidin pilləkənlərindən enərkən tarazlığını itirib və ağır yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə ilə əlaqədar polis araşdırmaları davam edir.

Hadisə, axşam saat 19.00 radələrində Kazlıçeşme məhəlləsi, Zeytinburnuda baş verib. Özbəkistanlı Rohullah Dinger, sosial media tətbiqi "Tiktok" üçün video çəkmək üçün üst keçiddə bir dostu ilə görüşüb. İddialara görə, 18 yaşlı Dinger velosipedlə üst keçidin pilləkənlərindən enmək istəyərkən tarazlığını itirib.

Ətrafdakı insanlar dərhal polis və həkimə məlumat verib. Hadisə yerinə gələn tibb işçiləri, ağır yaralanan Dinger-i xəstəxanaya aparıblar və onun sağlamlıq vəziyyətinin ağır olduğu bildiriblər. Polis əməkdaşları isə hadisə yerində ətraflı araşdırma apararkən, Dinger-in mobil telefonu ilə şəkil çəkdirən dostundan məlumat alıblar.

Görüntülər dostunun mobil telefonu ilə çəkilib

İddialara görə, "Tiktok" videosu çəkdirdiyi velosipedlə pilləkənlərdən yixilan Dinger-in yıxıldığı anları dostunun çəkdiyi cib telefonu ilə qeyd edilib. Kadrlarda Dinger velosipedində yerüstü keçidin pilləkənləri ilə irəlilədiyi görülür. Görüntülərin davamında gənc qəfildən tarazlığını itirib və baş üstə yerə dəyib. Hadisə ilə əlaqədar polis araşdırmaları davam etdirir.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə