Çinin Uhan Virologiya İnstitutundan bir elm adamının həyat yoldaşı, pandemiya başlamazdan əvvəl 2019-cu ilin dekabrında koronavirusdan ölüb. SİA xəbər verir ki, “Daily Caller” bu barədə ABŞ Dövlət Departamentinin, virusun mənşəyini araşdıran keçmiş yüksək rütbəli məmuru Devid Aşerin hesabatına istinadən yazır.
Tramp administrasiyası ilə işləyən keçmiş Dövlət Departamenti rəsmisi, “Wall Street Journal”a, Uhan laboratoriyasından ən azı üç alimin 2019-cu ilin noyabr ayında ağır xəstə olduğu barədə bir açıqlama vermək qərarına gəlib. Jurnalistlərin fikrincə, bu fakt COVID-19-un süni mənşəyini təsdiqləyir.
Aşerin dediyinə görə, Çin səlahiyyətliləri bir qadının koronavirusdan öldüyünü bilsələr də, bunun insanlar arasında yayıla biləcəyini etiraf etməyiblər. Dövlət Departamentinin keçmiş rəsmisi, o vaxt laboratoriya işçisi olan bir şəxsdən bu barədə məlumat aldığını da əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB