ABŞ Konqresinin bir qrup senatoru gələn həftə Litvada keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya ilə görüşəcək. SİA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, amerikalı senatorlar, həmçinin Litvanın xarici işlər naziri Qabrielus Landsberqis ilə də görüşəcəklər. Bildirilir ki, iclasda ABŞ Konqresinin yuxarı palatasının üzvləri Rob Portman, Cin Şahin və Kris Merfi iştirak edəcəklər.
Eyni zamanda diqqətə çatdırılır ki, senatorlar Tixanovskaya ilə görüşdə “Belarus xalqına sarsılmaz dəstək” bildirəcəklər. Senator Portman, Ryanair hadisəsini "açıq bir beynəlxalq qanun pozuntusu" adlandırıb, ABŞ və Avropa Birliyi səlahiyyətlilərini məsul şəxslərə qarşı sanksiya tətbiq etməyə çağırıb.
Xatırladaq ki, Ukraynada senatorlar jurnalistlərlə söhbət etməyi və "korrupsiyaya qarşı mübarizənin dərhal gücləndirilməsinin, azad və müstəqil medianın dəstəklənməsinin vacibliyini vurğulamağı" planlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB