Ermənistanda daha 81 nəfərdə təhlükəli virus aşkarlandı

Ermənistanda daha 81 nəfərdə təhlükəli virus aşkarlandı

Ötən sutka Ermənistanda koronavirusa 81 yeni yoluxma qeydə alınıb. Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Qeyd edilir ki, virusun aşkarlandığı daha 4 nəfər COVID-19-dan ölüb.

Ötən gün ölkədə 2 771 test aparılıb.

Ermənistanda bu günə kimi koronavirusa 222 636 yoluxma aşkarlanıb. Virusa yoluxanlardan 212 981 nəfər sağalıb. Eyni zamanda COVID-19-un aşkarlandığı 4 432 nəfər ölüb. Hazırda daha 4 142 nəfərin müalicəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə