Qazaxıstanda koronavirusa yoluxanların sayı 385 mini ötüb

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 549 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 385 144, ölənlərin sayı isə 3 903 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 459 nəfər, hazırkı dövrədək isə 353 545 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə