Kolumbiyada bir aydır davam edən etiraz aksiyalarında 2,2 min nəfər xəsarət alıb

Kolumbiyada bir aydır davam edən etiraz aksiyalarında 2,2 min nəfər xəsarət alıb

Kolumbiyada aprelin 28-dən davam edən etiraz aksiyaları zamanı 2 244 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Məlumatda deyilir: "Aprelin 28-dən mayın 28-dək 1 081 mülki vətəndaş və 1 069 polis əməkdaşı xəsarət alıb".

Qeyd edilir ki, bu müddət ərzində polislər tərəfindən 1 069 etirazçı saxlanılıb, 31 994 ədəd soyuq silah, 1 255 ədəd odlu silah, 551 ədəd pnevmatik silah müsadirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə