ABŞ-da yüngülmühərrikli təyyarə gölə düşüb, bir nəfər ölüb

ABŞ-da yüngülmühərrikli təyyarə gölə düşüb, bir nəfər ölüb

ABŞ-ın Tennesi ştatında yüngülmühərrikli "Cessna C501" təyyarəsi gölə düşüb.

SİA-nın "CNN" telekanalına istinadən verdiyi məlumata görə, təyyarə qəzaya uğrayan zaman göyərtədə 7 nəfər olub.

Məlumata əsasən, hadisə yerinə cəlb edilən xilasedicilər 1 nəfərin meyitini tapıblar, digər 6 nəfərin axtarışları davam etdirilir.

Bildirilir ki, təyyarə Tennesidən Florida ştatına uçurmuş. Qəzanın səbəbi hələki məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə