Liviyada hərbi təyyarə parad zamanı qəzaya uğrayıb

Liviyada hərbi təyyarə parad zamanı qəzaya uğrayıb

Liviya Hərbi Hava Qüvvələrinin “MiG-21” qırıcı təyyarəsi Benqazi şəhərində keçirilən hərbi parad zamanı qəzaya uğrayıb.

SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəza zamanı qırıcının pilotu Camal ibn Amer ölüb

Qeyd edək ki, tədbirdən bir gün öncə Liviya Milli Ordusunun sözçüsü Əhməd əl-Mismari Benin Benqazidəki hərbi nümayişin Liviya tarixindəki ən böyük parad olacağını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə