Əfqanıstanın paytaxtı Kabil yaxınlığında, Pervan əyalətində müəllimlər və tələbələri daşıyan avtobusa bombalı hücumda 4 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin sözçüsü Tarik Aryen, etdiyi şərhdə, Əl Biruni Universiteti müəllim və tələbələri daşıyan servisin ərazidən keçməsi ilə Pervanın Çarıkar şəhərində bir yol kənarında bomba partladıldığını söyləyib. Aryen, hücumda 4 nəfərin həyatını itirdiyini və sözügedən universitet rektoru da daxil olmaqla 11 nəfərin yaralandığını bildirib. Digər tərəfdən, Pervan xəstəxanasından edilən açıqlamada yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB