ABŞ prezidenti hərbçilər qarşısında niyə diz çökdü?

ABŞ prezidenti hərbçilər qarşısında niyə diz çökdü?

Co Bayden ordu qarşısında diz çöküb. SİA xəbər verir ki, sosial mediada ABŞ prezidenti Co Baydenin diz çökdüyünü əks etdirən bir video yayılıb.

Yayımlanan görüntülərdə ABŞ-ın baş komandanının bir tədbirə qatıldığı, bundan sonra iştirakçıları şəkil çəkdirməyə dəvət etdiyi göstərilir. Videoda görünür ki, xüsusilə fotoşəkil üçün Bayden əsgərlərin qarşısında diz çökür, baxmayaraq ki, bu ümumiyyətlə gözlənilmirdi.

Xatırladaq ki, ABŞ prezidentinin diz üstə görünməsi ilk dəfə deyildi. Məsələn, daha əvvəl Pensilvaniya ştatının Skranton şəhərində də etirazçılara ehtiram olaraq Bayden diz çökmüşdü.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə