Konqo Demokratik Respublikasında başqa bir vulkan püskürməyə başlayıb. SİA xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb, eləcə də Rabitə və Media Nazirliyi "Twitter" səhifəsində qeyd edib.
Bu vulkan, ölkənin şərqindəki Qoma şəhəri bölgəsində, bir həftə əvvəl püskürən və 30-dan çox insanın ölümünə səbəb olan Niraqonqo vulkanının yaxınlığında yerləşir.
Konqo hökumətinin sözçüsü Patrik Muya, Frans Press agentliyinə verdiyi açıqlamada, Murara vulkanının şənbə günü səhər püskürməyə başladığını söyləyib. Agentlik qeyd edir ki, Murara güclü vulkanik fəaliyyəti ilə tanınan bir dağ olan Niamuraqira kraterində yerləşir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB