Türkiyə illərdir niyə "Avroviziya"da yoxdur?

Türkiyə illərdir niyə "Avroviziya"da yoxdur?

Qardaş ölkə Türkiyənin "Avroviziya"da olmaması uzun zamandır çox müzakirə olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yaxın bir vaxtda bu sirrin üstü açılıb. Jurnalist Ali Eyüboğlu Türkiyənin "Avroviziya"ya qatılmama səbəblərinin pərdə arxası sirrlərini açıb. Onun anlatdıqlarına görə, məşhur türk müğənnisi Hadisənin "Avroviziya" da geyindiyi paltar TRT üçün böyük problemlər yaradıb.

Xatırladaq ki, hətta bu söhbətlərdən və qalmaqallardan sonra Hadisə türk mediasında gündəm olduğu zamanlarda insanlar tərəfindən rəğbətlə qarşılanıb və "twitter"də "bir qadının geyiminə heç kim qarışa bilməz" deyə dəstəklər alıb.

Qeyd edək ki, bu hadisədən sonra Türkiyə "Avroviziya" ya qadın iştirakçı göndərməmək üçün qərar qəbul edib.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə