Koronavirusun laborator mənşəli olduğuna dair - DƏLİL TAPILDI

Koronavirusun laborator mənşəli olduğuna dair - DƏLİL TAPILDI

İngilis professor Anqus Dalqliş və Norveçli viroloq Birqer Sorensen, koronavirusun süni mənşəyinin "sübutlarına" sahib olduqlarını söyləyiblər. SİA xəbər verir ki, bu barədə Daily Mail yazır.

Mütəxəssislərin fikrincə, çinli alimlər Uhan laboratoriyasında SARS-Cov-2 hazırlayıbar. Sonra virusun təbii mənşəli olduğuna işarə edəcək şəkildə bütün dəlillərin "izlərini örtməyə" çalışıblar.

Dalqliş və Sorensen, alimlərin 2002 və 2019 arasında Uhanda apardıqları təcrübələri təhlil ediblər. Onlar Çinli alimlərin Amerika universitetləri ilə əməkdaşlıq edərək, SARS-Cov-2 yaratmaq üçün alətlər hazırladıqları qənaətinə gəliblər.

Dalqliş və Sorensenə görə, Uhan alimləri təbii olaraq meydana gələn virusun insan hüceyrələrində sürətlə çoxalması üçün daha çox onu yoluxdurmağa çalışırdılar. Bu, koronavirusun insanlar üzərində potensial təsirini daha yaxşı başa düşmək üçün lazım idi.

Norveçli viroloq, bütün amin turşularının müsbət yükə sahib olduğunu açıqlayıb. Bu, virusun maqnit kimi insan hüceyrələrinin mənfi yüklənmiş hissələrinə möhkəm yapışmasına imkan verir.

"Ancaq maqnitlər kimi müsbət yüklü amin turşuları bir-birlərini itələyir, bu səbəbdən təbii mənşəli viruslarda üç zəncirə belə nadir hallarda rast gəlinir. Üst-üstə dörd amin turşusu isə olduqca çətin bir fenomendir", deyə Birqer Sorensen fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, bir qədər əvvəl ÜST beynəlxalq ekspert qrupunun koronavirusun mənşəyini müəyyənləşdirmək üçün Uhan şəhərinə səfəri barədə hesabatının tam versiyasını yayımlamışdı. Mütəxəssislər SARS-Cov-2-nin laboratoriyadan sızmasını "son dərəcə mümkünsüz" adlandırdılar. Virusun yarasalardan başqa bir heyvan vasitəsilə insanlara keçdiyini iddia edirdilər. Eyni zamanda, ABŞ və digər 13 ölkə "Ümumdünya Səhiyyə Təşkilatının tapıntılarına görə narahatlıqlarını" dilə gətiriblər və virusun mənşəyi ilə bağlı "müstəqil araşdırma" aparmaq lazım olduğunu elan ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə