Deməli, təqribən 3 il bundan əvvəldən başlayaraq UNICEF və Avropa Birliyinin maliyyələşdirdiyi Dünya Bankı Ermənistanın Əmək və Sosial işlər nazirliyini də “yanına qataraq” ermənilərin sosial müdafiə sisteminin təhlilini aparmağa başlayıblar. Beləliklə, artıq təhlilin ilk nəticələri hazırdır. Təbii ki, bunun sizlər üçün də maraq kəsb edə biləcəyini istisna etmirik deyə, diqqətinizə çatdırmaq istəyirik.
İlk əvvəl bildirək ki, bu təhlil dörd sosial müdafiə sütunundan üçünü əhatə edib: sosial yardım, aktiv əmək bazarı proqramları və sosial müdafiə xidmətlərini.
Beləliklə, Ermənistanda aparılan təhlilin ilk nəticəsinə görə, təkcə elə koronavirus səbəbindən bu il 241.442 nəfərdən artıq erməni işini itirib. Əslində, bu ölkədəki əmək qabiliyyətli insanların təqribən 18 faizi deməkdir.
Bəli, təhlil aparanlar işini itirənlərin əksəriyyətinin qeydiyyatdan keçməyən ofis işçiləri olduğunu və bunların da əksəriyyətinin qadınlar olduğunu bildirirlər.
Maraqlıdır ki, təhlil aparanlar, gülməli də olsa, erməni dövlətinin sosial siyasətini heç bir həyati problemi xilas və ya həll etməyən dəliklərlə dolu çətirə bənzədiblər. Bundan əlavə, demoqrafik problemlərin hiss olunan dərəcədə ağırlaşdığı bir ölkədə çox övlad sahibi olmaq ailənin yaşayış səviyyəsinin pisləşməsində başlıca amil kimi göstərilib. Məsələ bundadır ki, bu gün Ermənistandakı yoxsulların yalnız 33,3 faizi sosial müavinətlərdən yararlana bilir. Əslində, bu “yararlanma”nın özündə də şübhəli məqamlar çoxdur.
Beləliklə, 2018-ci ildə üç və ya daha çox uşağı olan ailələr arasında yoxsulluq səviyyəsi 71,2 faiz təşkil edib ki, bu da respublika üzrə orta göstəricidən üç dəfə çoxdur. Övladı olmayan ailələr arasında etibarsızlıq səviyyəsi 20,5, yetkin və yaşlılardan ibarət olan ev təsərrüfatlarının yoxsulluq səviyyəsi 25-26.6 faiz olub. Eyni zamanda, təxminən 300 mindən artıq 45-64 yaş arası əmək qabiliyyətli insanlar illərdir ki, ölkədə iş tapa bilmirlər. Bununla onlar ölkənin sosial-iqtisadi həyatında tam iştirak etmək imkanından da məhrumdur.
Əslində, demək olar ki, bu kateqoriyalı vətəndaşlar üçün ölkədə heç bir proqram da yoxdur. Yəni belə demək olarsa, ölkədəki işsizlərin yalnız 3 faizi məşğulluq və ya yenidən hazırlığı təşviq edən proqramlara cəlb olunurlar.
...Daha bir maraqlı nüans, bu gün Ermənistanda tənha qoca kimi qeydiyyata alınan 35 mindən artıq insanın yalnız 9 faizi sosial yardım proqramlarından istifadə edə bilirlər. Bunlar da əsasən, ölkənin böyük yaşayış məntəqələrində yaşayanlardır. Əyalətdə yaşayan tənha qocalar isə, sadəcə olaraq, Tanrının ümidinə qalıblar.
Başqa bir nüans: bir müddət bundan əvvəl ölkədə uşaq evlərinə “ehtiyac olmadığını kəşf edib” üşaq sığınacaqlarını ləğv edən erməni uşaqları indi küçələrdə qalıblar.
Bundan əlavə, ölkədə məktəbəqədər müəssisələrin sayı da məhduddur. Belə ki, əyalətdəki 5 yaşınadək olan uşqaların yalnız 32 faizi uşaq bağçalarına gedə bilirlər.
Buna baxmayaraq, son illərdə uşaq bağçalarının tikilməsi və ya açılması istiqamətində heç bir irəliləyiş olmayıb. Üstəlik pandemiya səbəbindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu dayandırılıb və uşaq bağçalarının da çoxu bağlanıb. Qeyd edək ki, 2020-ci ildən bəri, İrəvanın Malatiya-Sebastia Reabilitasiya Terapiyası Mərkəzinə ev sahibliyi edən 92 nömrəli uşaq bağçasının maliyyələşdirilməsi də dayandırılıb.
...Təbii ki, ermənilərin problemləri sadamaqla bitmir. Belə görünür ki, bu gün onların yoxsulluqlarına son qoymalarına kömək edəcək bir dosta ehtiyacları var. Amma Sizi bilmirəm, mən belə nankor millət nümayəndələri ilə yenidən “dost” olub onlara yardım əli uzatmağı qəbul edə bilmirəm.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB