Qazaxıstanın cənubundakı Türküstan bölgəsində xilasedicilər dağlarda itən bir qrup turistdən iki nəfərinin cəsədini tapıblar. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Talgat Uali məlumat verib.
Məlumatda qeyd olunur ki, bir cəsəd Uqam çayında, digəri isə eyni adlı kənddən üç kilometr aralıda tapılıb. Onlar Şımkəndə vertolyotla göndəriləcəklər. Daha iki itkin düşmüş şəxsin axtarışı hələ də davam edir.
Xatırladaq ki, yeddi nəfər turist 21 may tarixində Sairam-Uqam Dövlət Milli Təbiət Parkı ərazisində gəzintiyə çıxıb. Onlar 24 may tarixində geri qayıtmalı idilər. Turistlərin yoxa çıxması barədə xilasedicilər qrupu 25 may axşamı xəbər tutub. Cümə günü xilasedicilər üç nəfəri sağ tapıblar, axtarışlar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB