ABŞ-ı kim ələ keçirmək istəyir? - BAYDENDƏN HƏYƏCAN TƏBİLİ

Çin lideri Si Zinpin, yaxın 10-15 ildə Çinin ABŞ-ı işğal edəcəyinə əmindir. SİA xəbər verir ki, bu sözləri Amerika lideri Co Bayden deyib və onun sözlərini Ağ Evin veb səhifəsi sitat gətirib.

Bayden bu ifadəsini, "demokratiya ilə avtokratiya arasındakı savaş" barədə danışarkən səsləndirib.

Bayden, Çin lideri ilə bir yerdə 24 saat keçirdiyini söyləyib.

"O, Çinin Amerikanı 1930 və 35-ci illərdə ələ keçirəcəyinə qətiyyətlə inanır, çünki avtoktratiya sürətli qərar verə bilər", deyə ABŞ prezidenti bildirib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Müdafiə Katibinin birinci müavini Ketlin Xiks də bəyan etmişdi ki, Pentaqon Çinlə silahlı qarşıdurmanın qaçılmaz olduğuna əmindir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə