"Netflix"dən sürpriz

"Netflix"in çox səs-küyə səbəb olan və çox sevilən yeni layihələrindən xəbər var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Netflix"in yeni layihələri olan "Fatma" serialı və "Kağıttan hayatlar" filmi böyük uğur qazanıb.

Qeyd edək ki, "Fatma" serialı 36 ölkənin top 10 siyahısında birinciliyi, "Kağıttan hayatlar" filmi isə 47 ölkədə birinciliyi ələ alıb.

Xatırladaq ki, "Fatma" serialının baş rol ifaçısı Burcu Biricik, "Kağıttan hayatlar" filminin baş rol ifaçısı isə Çağatay Ulusoydur.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə