Kolumbiyanın Kali şəhərindəki etirazçılar nümayişçilərə atəş açan və iki nəfəri vuraraq öldürən bir polis məmurunu öldürüblər. SİA xəbər verir ki, bu barədə Kolumbiyanın baş prokuroru Fransisko Barbosa Delqado, prokurorluğun "Twitter"dəki bloqunda yerləşdirilən bir müraciətdə məlumat verib.
"Baş Prokurorluq, Kali şəhərindəki La Luna sektorunda baş verən hadisədə qurbanların ailələrinə təəssüfləndiklərini bildirib. Bu gün öldürülən Freddy Bermudes Ortis texniki bir araşdırmaçı idi və mövcud məlumatlara görə, o, bir qrup insana atəş açdıqdan, oradakı bəzi mülki vətəndaşları öldürdükdən sonra, cənab Bermudes orada olanlar tərəfindən öldürülüb", deyə Kolumbiyanın baş prokuroru Fransisko Barbosa Delqado bildirib.
Qeyd edək ki, Valye-del-Kauka departamentinin paytaxtı Kali şəhərində bir aydır hökumət əleyhinə nümayişçilər və hüquq-mühafizə orqanları arasında ən şiddətli toqquşmalar yaşanır və yerli hakimiyyət orqanları yeni etirazlar fonunda şəhərdə komendant saatı tətbiq edirlər.
Xatırladaq ki, Kolumbiya, aprelin sonlarından bəri kütləvi etiraz və küçə zorakılığına görə çətin vəziyyətdə qalıb. Ölkədə gündəlik aksiyalara əlavə olaraq etirazçıların beş kütləvi səfərbərliyi də var, lakin hökumət ilə dialoq qurulmayıb. Bu müddət ərzində etirazçılar ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurmalarda 2 mindən çox adam yaralanıb, polis və ordunun verdiyi məlumata görə, onlardan 1116-sı hüquq-mühafizə orqanı işçiləri olub və üçü polis zabiti olmaqla ən azı 50 nəfər həyatını itirib.
Etiraz təşkilatçıları hər cür zorakılığı açıq şəkildə rədd edir və dinc yürüş elan edirlər, lakin çoxsaylı radikallar yürüşlərə qoşulur, polis səddini dağıdır və hücuma keçirlər.
Kolumbiya Müdafiə Nazirliyi, müəyyən bölgələrdə öz məqsədləri üçün sabitliyi pozmağa çalışan Kolumbiya İnqilabi Silahlı Qüvvələrini və Milli Azadlıq Ordusunu günahlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB